İnsan orqanizminin ən vacib orqanlarından biri qaraciyərdir. 500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyərin funksiyasının pozulması insan həyatının risk altına düşməsi deməkdir.
Qaraciyər xəstəlikləri çox təhlükəli hesab olunur. Çünki bu xəstəliklər uzun müddət ərzində davam etdikdə, qaraciyər sirrozu yarana bilər. Bu xəstəliyin əsas nəticəsi isə qaraciyər hüceyrələrinin tədricən ölməsidir. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir.
Terminal mərhələlərə qədər qaraciyərin bir çox xəstəlikləri heç bir şikayət vermədən inkişaf edə bilər. Sağlam olmayan qaraciyər zəhərli maddələri (toksinləri) zərərsizləşdirə bilmir və nəticədə bəzi intoksikasiya (zəhərlənmə) əlamətləri meydana çıxır. İlk növbədə həzm sisteminin işi pozulur. Məsələn, iştah itir və ya azalır, bağırsaq pozulmaları müşahidə olunmağa başlayır, ürəkbulanma və baş gicəllənmə periodik olaraq xəstələri narahat edir. Nəcis öz rəngini itirir, rəngsizləşir (normal nəcis rəngini öd piqmentləri verir), sidik isə narıncı rəng alır. Qarın nahiyəsində ağrılar hiss olunur. Qarın boşluğunda maye toplanmağa başlanır, qarın tezliklə şişir, ödemlər yaranır (bu vəziyyət assit adlanır).
Öd piqmentləri qanda toplanaraq dərini və selikli qişaları sarı rəngə boyayır. Bu simptom xüsusilə, göz ağında (ağlı qişa) və qarın dərisində nəzərə çarpacaq dərəcədə hiss olunur. Daimi yorğunluq və zəiflik narahat edir. Bundan başqa əhval – ruhiyyənin tez-tez dəyişməsi, depressiya və şüurun “dumanlanması” da tədricən şikayətlərə əlavə olunur. Susuzluq hissiyyatı tez-tez hiss olunur, sidiyə getmə tezləşir. Yüngül toxunuşdan dəridə göyərmələr yaranır, gözlənilmədən burundan, qida borusundan qanaxmalar ola bilər.
Bütün bu əlamətlər - orqanizmi başa düşməyə əsas verir. Sizin qaraciyəriniz bu halda kömək istəyir. Bütün bu əlamətlərdən biri və ya bir neçəsi sizdə olduğu zaman həkimə müraciət etməyinizi və xüsusi müayinədən keçməyinizi məsləhət görürük.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!