HEPATİT C XƏSTƏLİYİ HAQQINDA FORMALAŞMIŞ 7 YANLIŞ FİKİR.
1. “Qan analizində hepatit C-yə qarşı antitel aşkarlandı (skrininq-test pozitiv oldu), deməli mən Hepatit C” xəstəsiyəm-FİKRİ YANLIŞDIR. Qan analizində hepatit C-yə qarşı antitelin aşkarlanması (skrininq-test pozitiv olması) hələ hepatit C xəstəsi olması demək deyildir. Bu analizin pozitiv olması orqanizmin Hepatit C ilə kontakta olması deməkdir. Hepatit C virusu ilə yoluxan xəstələrin 15 %-i dərman içmədən öz-özünə sağala bilər, yəni orqanizm özü özünü 15 % hallarda viruslardan təmizləyə bilir. Beləki, hepatit C-nin diaqnostikasında bir neçə metodla həyata keçirilən analizlər mövcüddür. Skrininq-test ucuz olduğu və tez nəticə verdiyi üçün pasientlərə birinci olaraq bu analiz təyin edilir. Pasientin Hepatit C xəstəsi olmasını təsdiqləmək üçün PZR analizi (metodu) ilə virusu qanda təyin etmək lazımdır.
2. ”Məndə hepatit C xəstəliyi aşkarlanıb mənim isə heç bir yerim ağrımır və ümumiyəttlə heç bir xəstəlik əlamətini özümdə hiss etmirəm deməli mən xəstə deyiləm”-FİKRİ YANLIŞDIR. Hepatit C xəstəliyi əksər hallarda əlamətsiz gedir. Yalnız nadir hallarda yorğunluq, halsızlıq, ürəkbulanma, qusma, əzələ və oynaq ağrıları verir. Ona görə də ələmət yoxdursa o demək deyi ki, siz xəstə deyilsiz.
3. ”Mən hepatit C xəstəliyinə qarşı peyvənd olunmuşam ona görə mən bu xəstəliyə tutla bilmərəm” – FİKRİ YANLIŞDIR. Hepatit Avə B xəstəliyinə qarşı peyvənd var Amma təəssüf olsun ki, Hepatit C xəstəliyinə qarşı peyvənd yoxdur.
4. ”Mən Hepatit C xəstəsiyəm, körpəm bu xəstəliyə yoluxmasın deyə ana südü vermirəm”-FİKRİ YANLIŞDIR. Düzdür, hepatit C xəstəsi olan ananın südündə Hepatit C virusları aşkarlanır. Amma ana öz körpəsinə ana südü ilə bəslədikdə körpə yoluxmur. Ona görə Ümumi Dünya Səhiyyə təşkilatı hepatit c xəstəsi olan ananı körpəsini ana südü ilə bəslənməsinə qadağa qoymur. Yalnız süd verdikdə ehtiyyatlı olmaq lazımdır, beləki, ananın süd vəzisində yara və ya qanayan sızanaq olduqda və eyni zamanda həmin vaxt körpənin ağız boşluğunda yara varsa yoluxma halı baş verə bilər. Amma belə hallar yoxdursa ana körpəsini ana südü ilə bəsləyə bilər.
5. “Ailə üzvlərimizdən biri Hepatit C xəstəsidir. Onun otağını, qab qacağını, dəsmalını, yataq dəstini, geyimini ayırmışıq. Bizimlə danışanda maska geyinməyini tələb edirik. Necə deyərlər bir növ təcrid etmişik ki, bizi bu xəstəliyə yoluxdurmasın” – FİKRİ YANLIŞDIR. Hepatit C xəstəsi olan xəstəni təcrid etməyə ehtiyac yoxdur. Bu xəstəlik hava-damcı, fekal-oral yol ilə ötürülmür. Ona görə Hepatit C xəstəsi olan xəstənin qab qacağından, dəsmalından, yataq dəstindən, geyimindən istifadə etdikdə yoluxma baş vermir. Amma onun ülgücündən, diş fırçasından, qayçısından, dırnaq tutqacından istifadə etmək olmaz.
6. ”Mən Hepatit C xəstəsiyəm, uşaqlarımı qucaqlamıram, oxşamıram, öpmürəm ki, onları da yoluxduraram” –FİKRİ YANLIŞDIR. Qucaqlaşma, əl tutma, öpmə, oxşama ilə hepatit c xəstəliyi ötürülmür. Ona görə rahatlıqca uşaqlarınızı qucaqlaya, oxşaya, öpə bilərsiniz.
7. ”Hepatit C xəstəsiyəm, bu xəstəliyin sağalmayacağının və necə deyərlər ömrü boyu mənimlə yoldaş olacağını bilirəm”–FİKRİ YANLIŞDIR. Hepatit C xəstəliyi tam sağalan xəstəlikdir. Əgər sizdə Hepatit C xəstəliyi aşkarlanıbsa həkim qastroenteroloq-hepatoloqa müraciət etməniz məsləhətdir.
QARIN QURULDAMASININ QARŞISINI ALMAQ ÜÇÜN 7 TÖVSİYƏ.
Əvvəl qarın quruldaması nədir? Sualını cavablayaq:Qarın quruldaması – mədə-bağırsaqda olan mayenin və qazın hərəkəti zamanı qarında yaranan xarateriklər səslərə deyilir. Tibb elmində qarın quruldaması “borborygmus” (latınca) adlanır. Bu söz qədim yunan dilindən götürülmüşdür və hər hansı bir dilə tərcüməsi yoxdur, daha çox güman edilir ki, bu söz bizim mədə-bağırsağımızın yaratdığı səsin imitasiyası zamanı formalaşıbdır.
İkinci qarın quruldamasının səbəbi hansıdır?
Qarın quruldaması sağlam adamlarda da ola bilər. Qarın quruldamasının bir çox səbəbləri vardır. Məsələn:
Və sonda qarın quruldamasının qarşısını almaq üçün tövsiyələr hansılardır? Qarın quruldaması aşağıdakı qaydalara əməl etdikdə olmaya və ya azala bilər:
1. Qida düzgün qaydada qəbul olunmalıdır: qida qəbulu zamanı danışmaq olmaz, qəbul edilmiş qida çox çeynənməlidir, beləki, bu zaman mədə-bağırsaq sisteminə hava udulması az baş verir və nəticədə mədə-bağırsaq sistemində əlavə qaz formalaşmır.
2. Yadda saxlamaq lazımdır ki, paxlakimilər (lobya, paxla) fəsiləsinə aid tərəvəzlər, kələm, təzə tərəvəz və meyvələr, süd məhsulları və təzə bişirilmiş unlu şirniyyat məhsulları qarın quruldaması yarada bilər. Xüsusən də, bu qida məhsullarını sizin üçün həyati vacib sayılan hadisələrdən öncə qəbul etməyin və ya qəbulunu maksimal dərəcədə azaldın. Yeməklərin bişirilməsinə də diqqət etmək lazımdır, misal üçün, paxlakimilər fəsiləsinə aid tərəvəzlər qarın quruldaması verməməsi üçün, bu tərəvəzləri bişirmədən öncə az miqdarda sirkə qatılmış suda bir neçə saat saxlanmalıdır. Bununla da, tərəvəzin tərkibində olan qaz yaradan aktiv maddələr parçalanır.
3. Tərkibində şəkər əvəzedici qida məhsullarını qəbul etməyin. Şəkər əvəzedicilər demək olar ki, mağazada satılan bütün şirin dadan məhsullarda var: saqqızda, şirniyyatlarda, içkilərdə, souslarda və s. Bu qida məhsullarına qoyulmuş məhduduiyyət qarın quruldamasının qarşısını alır.
4. İstənilən alkoqollu, qazlaşdırılmış içkilər (limonadlar, qazlı sular, pivə və s.) bağırsaqlarda qazların artmasına bu da öz növbəsində qarın quruldamasına gətirib çıxarır. Ona görə istənilən qazlaşdırılmış, alkoqollu içkilərdən uzaq durmaq lazımdır.
5. Tərkibində kofein olan içkilər və qida məhsulları da mədə-bağırsaq sistemində qaz yaranma prosesini artırır. Tərkibində kofeinlə zəngin olan içkilərdən ən populyarı kofedir. Qarın quruldamasını azaltmaq üçün qida rasionundan tərkibində kofein olan qida məhsulları çıxartmaq məsləhətdir.
6. Fiziki hərəkət bağırsaq peristaltikasını artırır bu da, mədə-bağırsaq sistemində qazların toplamasının qarşısını alır və nəticə də qarın quruldaması olmur.
7. Yuxarıda qeyd olunan qaydalar əməl etməyinizə baxmayaraq yenə də siz də qarın quruldaması dayanmırsa və ya azalmırsa həkim qastroenteroloqa müraciət edin. Beləki qarın quruldaması yuxarıda qeyd etdiyimiz kimi hər hansı bir xəstəliyin əlaməti kimi də biruzə verə bilər.
Dərman bitkisi yoxsa zəhər bitkisi...
Məşhur bir rayonda ucqar bir kəndə qohumlarımız evində qonaq idim. Evdə yaşı yüzü haqlamış qoca bir nənə də var idi. Həyatın eniş-yoxuşunu görmüş nənə, ölümün haqq olduğunu anlamış, amma onunla mübarizədə israrlı idi. Bu nataraz mübarizədə çox gücsüz idi, çünki özü də qəbul etməsə də artıq qocalıb, uşaqlaşmışdır. Qocalığın – «uşaqlığın» verdiyi xarakter ətrafdakılar üçün gülünc doğururdu. Gülünc doğuran hərəkətlərindən biri də evdə harada bir dərman preparatı görəndə tez həmin preparatdan 1 tablet qəbul etməsi idi. Soruşanda – “ay nənə bu dərman preparat sənə təyin edilməyib, niyə qəbul edirsən?”. Deyərdi ki, “a bala nə olsa da dərmandır, harasa xeyri var”. O vaxt bu məsələyə xeyli gülmüşdüm.
Sonralar ayrı-ayrı yerlərdə şahidi olduğum buna bənzər hadisələr məni təəcübləndirdi. Təəcübləndirən o idi ki, dərmanı içənlər qocalıb, uşaqlaşmış nənə deyil, ağlı başında olan ali savadlı cavanlarımız idi. Beləki, qonaq olduğum yerlərdə, çay evlərində dərman bitkilərini dəmlədib çiçək çayı deyərək çaynik-çaynik içənlərə - “azarlamısınız, niyə qəbul edirsiniz?” sualı verdikdə, əksəriyyəti nənənin verdiyi cavab kimi sualı cavablandırdılar – “nə olsa da çiçək çayıdır, harasa xeyri var?”. Amma bir şeyi anlamırdılar ki, çiçək çayı dedikləri dərman bitkilərinin dəmləməsidir. Bəli fərqini varmadan yerli-yersiz dərman preparatı qəbul edirdilər. Və çiçək çayının dərman bitkilərinin dəmləməsi olduğunu başa salmağa çalışanda-“otdu da nə zərəri olacaq?” cavabını alırdın. Gəlin bu ənənəyə çevrilmiş adətin zərərini ardıcıllıqla qeyd edək:
Birincisi dərman bitkilərinin yığılmasının, qurudulmasının və saxlanmasının xüsusi qaydaları var. Yəni, bəzi dərman bitkiləri gün çıxmazdan əvvəl, bəziləri gün batanda və ya fəslin əvəlində ya sonunda və sairə qayda ilə yığılır. Yığılmış dərman bitkiləri xüsusi texnologiya ilə qurudulmalı və lazimi şəraitində saxlanmalıdır. Bu qaydalara əməl olunmayanda bitki tərkibindəki bioloji aktiv maddələr dəyişikliyə uğraya bilər və insan orqanizminə zərərli təsir edə bilər. Amma təsadüfi yerlərdə verilən çiçək çaylarının tərkibinə daxil olan dərman bitkilərinin yığılma qaydası, qurudulma texnologiyası və saxlanma şəraiti çox şübhəlidir. Çünki çox yerlərdə soruşanda kı, verdiyiniz çiçək çayının tərkibi hansı bitkilərinin dəmləməsidir, dəqiq adlarını belə deyə bilmirlər.
İkincisi dərman bitkilərinin dəmləmələri bəziləri yeməkdən əvvəl, bəziləri sonra, bəziləri isə yemək arası qəbul edilir. Bizlər də isə çay içmə ənənəsi yeməkdən sonra olduğundan, ağına-bozuna baxmadan çiçək çaylarını (dərman bitkilərinin dəmləmələrini) da adətən, yeməkdən sonra qəbul edirik ki, bu da həzm pozğunluğu əmələ gətirə bilər.
Üçüncüsü insanların arasında xroniki, əlamətləri gizli gedən xəstələr, xəstəliyə meyilli və müxtəlif fizioloji halda (hamiləlik, menustrasiya halı) olanlar var. Dərman bitkiləri isə bəzi xəstəliklərdə, fizioloji hallarda əks göstərişdir. Misal üçün fizioliji hal olan hamiləlikdə bir çox dərman bitkilərinin qəbulu əks göstərişdir, fəsadı dölün zəhərlənməsi, düşüyü və sairə ola bilər.
Dördüncüsü dərman bitkilərinin qəbulu zamanı təyin olunmuş birdəfəlik və sutkalıq doza həddini aşmaq olmaz. Azərbaycanda istifadə olunan 76 növ əsas dərman bitkilərinin təyinat qaydası haqqında təlimata baxsaq görərik ki, yaşıl çaydan başqa sutkalıq dozası ən çox olan dərman bitkisinin dəmləməsi belə gün ərzində 2-3 stəkan dəmləmədən artıq təyin edilmir. Hətta elə dərman bitkisi var ki, onun dəmləməsini sutkada 3-6 xörək qaşığından artıq qəbul etmək məsləhət deyil. Biz isə bir oturuma bir neçə çaynik dərman bitkisi dəmləməsini içirik ki, bu da birdəfəlik və sutkalıq doza həddini dəfələrlə aşmaq deməkdir. Bu bir növ intihar metodlarından sayılan–özünə qəsd edən şəxsin birdəfəyə dərman tabletlərini çoxlu sayda qəbul etməsinə bənzəyir.
Bəli, bir deyim var: “dərman da yüksək dozada zəhərdir”. Deməli yerli-yersiz, qəbul edilən dərman bitkiləri yüksək dozada zəhərə çevrilirlər. Unutmayaq ki, Allah (c.c.) tərəfindən bizə verilən sağlamlıq ən gözəl nemət, orqanizm isə dəyərli əmanətdir. Əmanətə isə xəyanət etmək olmaz!