Tərcümeyi-Hal

Dr. Ülvi Maçanov

Qastroenteroloq-Hepatoloq-Endoskopist

Maçanov Ülvi Rafael oğlu 1996-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olmuşdur və 2002-ci ildə bitirmişdir. 2005-2006 Azərbaycan Milli Onkologiya mərkəzində, Endoskopiya bölməsi üzrə, 2009-2010 Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu, Qastroenterologiya bölməsi üzrə, 2011- Rusiya diplomdan sonrakı təhsil tibb akademiyası, Qastroenterologiya bölməsi üzrə, 2016- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitu, Qastroenterologiya bölməsi üzrə kurs bitirmişdir. 2014-2015 Türkiyə, İzmir, Ege Universiteti, Qastroenteroliji klinikası, Qastroenterologiya və hepatologiya bölməsi üzrə, 2015 Niderland, Rotterdam, Erasmus Universiteti Tibb Mərkəzi, Qastroenteroloji və hepatoloji departamenti, Qastroenterologiya və hepatologiya bölməsi üzrə kurs bitirmişdir.

Bu müddət ərzində Qastroenteroloji və hepatoloji xəstəliklərin müayinəsi və müalicəsi üzrə ixtisaslaşmışdır. 2002-2003 akademiya Mir-Qasımov adına Respublika Klinik xəstəxanasında həkim interna, 2003-2005 N saylı hərbi hissədə hərbi-həkim, bölmə rəisi, 2005-2010 Gəncə Diaqnostika Mərkəzi, həkim-qastroenteroloq, 2010-2013 Gəncə Müalicə Diaqnostika Mərkəzi, həkim qastroenteroloq, 2013-2014 Gəncə Mərkəzi Klinika, həkim qastroenteroloq, 2014-2015 Türkiyə, İzmir, Ege Universiteti, Qastroenteroliji klinikası, həkim-qastroenteroloq, 2015 Niderland, Rotterdam, Erasmus Universiteti MC, Qastroenteroloji və hepatoloji departamenti, həkim qastroenteroloq-hepatoloq, 2015-2019 Gəncə Beynəlxalq Xəstəxanası, şöbə müdiri, həkim qastroenteroloq kimi xidmət göstərmişdir. Hal-hazırda Gəncə Beynəlxalq Xəstəxanasında xidmət göstərir.