Mədənin iltihabı qastrit adlanır. Xəstəliyin yaranmasında Helikobakteri Pilori bakteriyasının rolu böyükdür. Əksərən inkişafda olan ölkələrdə görülən bu bakteriya xəstəliyin yaranmasında önəmli rol oynayır. Adətən yetkin şəxslərdə görülən bu xəstəlik çox insanın ortaq xəstəliyi halına gəlmişdir. Qastrit ilk olaraq mədədə şişlik, qarnın ətrafında ağrı, bulantı, qusma ilə başlayıb davamında gərginlik ilə özünü biruzə verir. Mədəyə soyuq olduqda, qidalanma gigiyenası pozulduqda qastrit baş verir. O əvvəlcə şiddətli ağrılarla, yuxarıda göstərilən əlamətlərlə başlanır. Vaxtında düzgün müalicə aparılmazsa, xronik qastritə keçir. Xronik qastrit isə müəyyən dövrlərdə kəskinləşmələr verərək, daim xəstəni narahat edir. Bu da müalicə olunmazsa, mədə xorasına və bağırsaqların da iltihabı və xora xəstəliyinə keçə bilər. Ona görə də mədə-bağırsaqda hər hansı bir xəstəlik başlandıqda, tez müalicə etmək lazımdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə diyetanın (pəhrizin) saxlanılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Əlamətləri nəzərə alaraq əsasən süd və süd məhsulları, xörəklərdən, xüsusilə ət xörəkləri yaxşı bişmiş, yəni suda bişirilmiş halda, tərəvəz və meyvə şirələrinə üstünlük verilməlidir. Qızardılmış, yağlı, çox yüksək kalorili, həzmi çətin olan, qıcıqlandırıcı qidalardan, yəni çox ədviyyatlı kəskin yeməklərdən çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Bu xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar da ağızdan yox, inyeksiya ilə qəbul edilsin.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!