Helicobacter pylori - mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli bakteriyadır. Dünyada yaşayan insanların 50%-i Helicobakter Pilori deyilən mədə bakteriyasının daşıyıcısıdır. Bəzi insanlarda bu simptomsuz getsə də bəzilərində ciddi xəstəliklərə səbəb olur.
Mədə və onikibarmaq bağırsaq xoraları, qastritlər, duodenit, mədənin xərçəngi, MALT-limfoma helicobacter pylori yoluxması ilə əlaqələndirilir. Lakin daşıyıcıların 90%-də heç bir xəstəlik simptomları özünü büruzə vermir.
Mədəyə düşmüş H. pylori dərhal spiral formasının və qamçılarının sayəsində mədənin selikli qişasına sirayət edərək orada kaloniyalar törədir. Selikli qişanı zəbt etmiş bakteriyalar ureaza ifraz edərək, ammiakın qatılığını artırmış olur. Bu da öz növbəsində mədənin selikli qişasından qastrin ifrazını artırır ki, buna müvafiq kompensator olaraq izafi dərəcədə mədə turşusunun və pepsinin sekresiyasının artması, bufer sisteminin - bikarbonatların isə əksinə azalması baş verir
H. pylori infeksiyası ilə əlaqəli olaraq bir sıra digər simptomlar da ola bilər:
•Gəyirmə •Şişmiş hissetmək •Ürək bulanması •Mədə qıcqırması •Qızdırma •İştahsızlıq və ya anoreksiya olması •Səbəbsiz çəki itkisiAşağıdakı hallar olduğu halda dərhal həkimə müraciət edib müayinədən keçin:
•Udqunmada çətinlik •Anemiya •Nəcisdə qanGəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!