Bağırsaqda havanın olması normal fizioloji haldır. Bu bağırsağın tonusda olması və bağırsağın peristaltikası (bağırsağın hərəkətliliyi) üçün lazımdır. Lakin, bəzi hallarda bağırsaqlarda yığılan hava insanı çox narahat edir - qarın ağrılarına, ağırlığa, qarının köpməsinə səbəb olur. Əgər bu hal tez-tez təkrarlanırsa, qastroenteroloqa müraciət edib lazım olan müayinələrdən keçin. Məsələ burasındadır ki, tez-tez təkrarlanan qarın köpü ciddi həzm sistemi xəstəliklərinin və pozulmaların (xroniki kolit, pankreatit, bağırsaq keçilməzliyi, xərçəng və s.) simptomu ola bilər.
Həmçinin tez-tez təkrarlanan köp bağırsaq disbakteriozun, helmintozların (qurd xəstəlikləri) əlaməti ola bilər. Əksər hallarda köpün səbəbi qidanın həddən artıq miqdarda qəbulu olur. Bu səbəbdən daha tez-tez və kiçik miqdarlarla qida qəbul edin (gündə 5 dəfə). Bu sadə qayda həzm sisteminin sağlamlığı üçün olduqca vacibdir. Həddən artıq qida qəbulu (xüsusilə bu hal daim təkrarlanırsa) bütün həzm sistemini yükləyir ki, bu həzm sistemində müxtəlif pozulmaların inkişafına təkan verir.
Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli sayılmasa da, əmələ gəldiyi zaman qarında ağrılara səbəb ola bilir. Xüsusən də qazı çıxarmaq lazım gəldikdə və insanlarda narahatlıq və utanma hissi meydana çıxır. Mədədə köp və qazın olması bağırsaqlarda xəstəliklərin olmadığı zamanlarda da meydana gələ bilir. Bu qəbul edilən qidalarla da əlaqəli ola bilir. İnsanın gün ərzində 10 dəfə qaz çıxarması normal hesab edilir.
Mədədə əmələ gələn qazları sadə yollarla da çıxarmaq mümkündür. Mədədə köp və qazın olmasının əlamətləri aşağıdakılardır:
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!